Deputatlar İstanbulda Türk dövlətləri parlamentlərinin iclasında iştirak edir
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Cavanşir Feyziyev və Nəsib Məhəməliyev Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin İstanbulda keçirilənikinci iclasında iştirak ediblər .
Tədbirdə qlobal və regional məsələlər, davam edən münaqişələr, süni intellekt və texnoloji yeniliklərin geosiyasi təsirləri, parlament diplomatiyası, həmçinin Türk dövlətlərinin parlamentləri arasında əməkdaşlıq imkanları, beynəlxalq təşkilatlarda birgə fəaliyyət və digər mövzular müzakirə olunub.