Deputatlar MDB-nin Parlamentlərarası Gənclər Assambleyasının iclasında çıxış edəcəklər

Milli Məclisin deputatları Emin Hacıyev və Nigar Arpadarai MDB-yə üzv dövlətlərin Parlamentlərarası Gənclər Assambleyasının 16-cı iclasının tədbirlərində iştirak etmək üçün mayın 18-dən 22-nə kimi Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olacaqlar.

Parlamentlərarası Gənclər Assambleyasının iclasında Emin Hacıyevin, “Gənclərin seçki prosesində iştirakı: MDB PA-nın üzv dövlətlərinin təcrübəsi” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktik konfransda isə Nigar Arpadarainin çıxışı nəzərdə tutulub.