Deputatlar Meksikada görüşlər keçirib

Meksika Deputatlar Palatasında Meksika Azərbaycan Dostluq Qrupu ilə çox səmərəli görüş keçirildi.
Görüş zamanı parlamentlərarası münasibətlərdə hazırda müsbət və fəal dinamikanın olduğu vurğulanıb. Dostluq qruplarının prezidentləri və üzvlərinin qarşılıqlı səfərləri iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verib. Həmçinin bu ilin aprel ayında Deputatlar Palatasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin  anadan olmasının 100 illiyinə  həsr olunmuş anım tədbirinin keçirildiyi qeyd olunub.
Meksika dost və tərəfdaş ölkədir, Meksikanın ölkəmizin regionda davamlı sülhə nail olmaq səylərini, eləcə də erməni işğalından azad edilmiş torpaqların yenidən qurulması və dirçəldilməsi istiqamətində fəaliyyətini dəstəkləyən mövqeyini yüksək qiymətləndiririk.
Görüşdə həmçinin Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişdirən qlobal miqyaslı layihələrin həyata keçirilməsində Azərbaycanın aparıcı rolu vurğulanıb. Müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi potensialı qeyd olunub, dostluq və əməkdaşlıq münasibətlərimizin daha da möhkəmləndirilməsi istiqamətində konkret addımlar müzakirə edilib.
Fürsətdən istifadə edərək hörmətli deputat Alberto Villa Villegasa Alberto Villa Villegas , hörmətli deputat Elva Vigil və hörmətli deputat Yeidckol Polevnsky-yə Yeidckol Polevnsky səmimi dost münasibət və qonaqpərvərliklərinə görə öz minnətdarlığımızı bildirmək istərdim.

*****

Milli Məclisin deputatları – Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva və Elşad Mirbəşiroğlu Meksikaya işgüzar səfərləri çərçivəsində Xalisko ştatının Tonala şəhərində təşkil olunan və iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişafına həsr olunmuş təqdimatda iştirak ediblər. Tonala şəhərinə səfər zamanı Milli Məclisin nümayəndə heyətini ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbovla yanaşı, Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Alberto Viyeqas və qrupun üzvü Elba Vixil, eləcə də tanınmış meksikalı ictimai-siyasi xadim, deputat Yeidkol Polevnski müşayiət ediblər.

Azərbaycanın Meksikadakı səfirliyindən bildiriblər ki, Tonala Ticarət Palatası tərəfindən xüsusi olaraq Milli Məclisin nümayəndə heyəti üçün təşkil olunmuş tədbirdə şəhərin təklif etdiyi çoxşaxəli ixrac və xidmət imkanlarına dair təqdimatlar keçirilib, qonaqlara məxsusən hazırlanmış və Azərbaycan dilinə tərcümə edilmiş videomateriallar nümayiş etdirilib, həmçinin iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiya və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün geniş potensialın olduğu vurğulanıb. Azərbaycan məhsullarının Meksika bazarına çıxarılması, eyni zamanda, Meksika istehsalı olan, xüsusilə mədən sənayesi, kənd təsərrüfatı və qida məhsullarının Azərbaycan bazarına daxil olması üçün real danışıqlara başlamaq niyyəti ifadə edilib.

Sonra Milli Məclisin nümayəndə heyəti “Arevalo qrup”a məxsus fabrikdə müxtəlif qida məhsullarının istehsal prosesi ilə tanış olub. Arevalo qida məhsullarının ən yüksək keyfiyyət, gigiyena və təhlükəsizlik standartlarına riayət olunaraq istehsalı ilə seçilən Meksika şirkətlər qrupudur.