Deputatlar Meksikada səfərdədir

Milli Məclisin Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva və işçi qrupun üzvü Elşad Mirbəşir noyabrın 22-də Meksika Birləşmiş Ştatlarının Mexiko şəhərinə səfər ediblər.

Deputatlar səfər çərçivəsində Meksika parlamentində keçiriləcək bir sıra ikitərəfli görüşlərdə iştirak edəcəklər, həmçinin Qvadalaxara şəhərində keçiriləcək beynəlxalq kitab sərgisini ziyarət edəcəklər.

Səfər noyabrın 29-da başa çatacaq.