Deputatlar Rusiyada görüş keçirdi

Azərbaycan nümayəndə heyətinin Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına seçkiləri müşahidə etmək üçün səfəri başa çatmaq üzrədir. Bunu Milli Məclisin deputatı Fatma Yıldırım bildirib.

Deputat qeyd edib ki,səfərin son günündə həmkarlarımla birlikdə Federasiya Şurası sədrinin müavini Konstantin İosifoviç Kosaçov və Federasiya Şurasının senatorları ilə görüşdə iştirak etdik.

Görüşdə səsvermə prosesi ilə bağlı fikir mübadiləsi aparıldı, nümayəndələrin müşahidə missiyasının nəticələri müzakirə edildi.

Qeyd edək ki, Milli Məclisin deputatlar Nizami Səfərov MDB İcraiyyə Komitəsinin xətti ilə, deputatlar Fatma Yıldırım, Şahin Seyidzadə və Anar Məmmədov isə Azərbaycan parlamentinin müşahidəçiləri qismində Rusiya paytaxtında seçki prosesinin gedişini izləyiblər.