Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.
XALQ.AZ xəbər verir ki, saat 8:00-dan etibarən seçki məntəqələri səsvermə üçün açılıb.
Milli Məclisin deputatları eçkilərdə fəal iştirak edib səs veriblər.
Həmin məlumatları oxuculara təqdim edirik:
*****
Milli Məclisin sədri Sahibə Qafarova 19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib.
*****
Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, bu gün keçirilən bələdiyyə seçkilərində Binəqədi-Qaradağ DSK 26 saylı seçki məntəqəsində səs verdim. Yeni seçiləcək üzvlərə uğurlar arzulayıram deyə qeyd edib
****
Milli Məclisin İnsan hüquqları komitəsi sədri Zahid Oruc səs verdi
Millət vəkili Zahid Oruc oğlu ilə 23 saylı Nəsimi – Səbail seçki dairəsinin 18 saylı məntəqəsində bələdiyyə seçkiləri ilə bağlı səsvermədə iştirak edib.
*****
Milli Məclisin deputatı Mahir Süelymanlı bildirib ki, 29 yanvar 2025-ci il tarixində ölkəmizdə keçirilən bələdiyyə seçkiləri çərçivəsində Şabran rayonunda vətəndaşlıq borcumu yerinə yetirərək səs verdim.
*****
Milli Məclisin deputatı Nigar Arpadarai bildirib ki, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində, təhsil aldığım doğma məktəbimdə, 44 saylı məktəbdə səs verdim.
***
Millət vəkili Afət Həsənova bildirib ki, Respublikamızda keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə məntəqələrdə seçki prosesi ilə tanış oldum. Seçicilərimizin kanstitusiyon hüquqlarından istifadə etməklə vətəndaş mövqelərini aktiv şəkildə nümaiş etdirməsi, seçici fəallığı məndə həqiqətən qürur hissi doğurdu.
***
Millət vəkili Ülviyyə Həməzyeva bildirib ki, 29 yanvar keçirilən bələdiyyə seçkilərində Babək rayon Şəkərabad kəndində 3-4 saylı seçki məntəqəsində səs verib, müşahidəçi qismində Babək, Culfa, Naxçıvan ərazisində yerləşən səsvermə məntəqələrində oldum. Hər məntəqədə seçicilərin fəallığı müşahidə olunur.
Deputat seçkilər zamanı respublika üzrə 685 bələdiyyəyə 8071 üzv seçiləcək. Səsvermə saat 19:00-da başa çatacaq. Xalqımız üçün xeyirli və uğurlu olsundeyə qeyd edib.
****
Millət vəkili Elnarə Akimova bildirib ki, yanvarın 29-da Azərbaycan Respublikasında bələdiyyə seçkiləri ilə əlaqədar 44 saylı Sumqayıt dördüncü seçki dairəsinin 10 saylı seçki məntəqəsində səs verdim.
****
Millət vəkili Mehriban Vəliyeva bildirib ki, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynovla birlikdə bələdiyyə seçkiləri ilə əlaqədar Sumqayıt şəhərində bir neçə məntəqədə səsvermə prosesini izlədik.
Seçkinin şəffaf və demokratik şəkildə keçirilməsi üçün bütün şərait yaradılmışdır.
Səsvermə zamanı seçicilərin aktivliyi müşahidə olunurdu.
Daha sanra isə 22 saylı seçki dairəsinin 27 saylı məntəqəsində seçki hüququmdan istifadə edərək layiqli namizədlərə səs verdim deyə deputat qeyd edib.
****
Milli Məclisin deputatı Tahir Mirkişili və Milli Məclisin deputatı İmamverdi İsmayılov və YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov ilə birlikdə bələdiyyə seçkiləri ilə əlaqədar Sumqayıt şəhərində bir neçə məntəqədə müşahidə apardıq.
Bələdiyyə seçkiləri ümumilikdə tanınmış beynəlxalq normalara müvafiq keçirilir. Səsvermə zamanı seçicilərin aktivliyi müşahidə olunurdu.
****
Milli Məclisin deputatı Cavanşir Paşazadə 77 saylı Lənkəran Şəhər Seçki Dairəsində səs verib.
Həmçinin, deputat Cavanşir Paşazadə, Yeni Azərbaycan Partiyasının (YAP) Lənkəran rayon təşkilatının rəhbəri İqbal Əmənullayev və Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Lənkəranda və Masallıda bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesinin gedişatını müşahidə edib.
Deputat Cavanşir Paşazadə hər iki rayondakı məntəqələrdə səhər saatlarından etibarən seçici aktivliyi müşahidə olunur. Hər iki rayon sakinləri aktiv şəkildə seçkilərdə iştirak edir, dəstəklədikləri namizədlərə səs verirlər”.
****
Millət vəkili Müşfiq Məmmədli bildirib ki, 2025-ci il yanvarın 29-da respublikamızda keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar 44 saylı Sumqayıt seçki dairəsi üzrə 26-cı məntəqədə səs verdim.
****
Milli Məclisind Səbinə Salmanova yanvarın 29-da Azərbaycan Respublikasında bələdiyyə seçkiləri ilə əlaqədar Sumqayıt şəhərindəki bir sıra seçki məntəqələrində yaradılmış şəraitlə tanış oldum, səsvermə prosesini izlədim.
Bələdiyyə seçkilərinin keçirilməsi üçün məntəqələrdə hər bir şərait yaradılıb, müşahidə kameraları quraşdırılıb.
Məntəqə sədrlərinin mənə verdiyi məlumata görə, indiyədək heç bir qayda pozuntusuna rast gəlinməyib. Heç bir xoşagəlməz hadisə yaşanmayıb. Səsvermə prosesi hazırda şəffaf və demokratik şəkildə davam edir.
Mən bir daha bütün namizədlərə uğurlar arzulayıram deyə deputat qeyd edib.
Dövlətimiz və xalqımız üçün xeyirli olsun!
****
Milli Məclisin deputatı Ana Vətən partiyasının sədr müavini Günay Ağamalı bildirib ki, gün vətəndaşlıq borcumu yerinə yetirərək Bələdiyyə seçkiləri ilə əlaqədar keçirilən səsvermədə iştirak etdim. Ölkəmizin gələcəyi üçün vacib olan bu prosesdə öz seçimimi etdim. Seçkilər demokratik dəyərlərin təcəssümüdür və hər birimizin səsi mühüm rol oynayır. Xalqımız və dövlətimiz üçün xeyirli olsun deyə millət vəkili qeyd edib.
***
Miııət vəkili FatmaYıldırım bildirib ki , bugün ölkəmizdə keçirilən Bələdiyyə seçkilərində səsvermə prosesində iştirak edərək səs verdim. Eləcə də, Yeni Azərbaycan Partiyası tərəfindən müşahidəçi kimi bir neçə seçki məntəqəsində seçki prosesi ilə tanış oldum.
Deputat qeyd edib ki, eçicilər öz səsvermə hüquqlarından istifadə edərək vətəndaş mövqelərini aktiv şəkildə nümayiş etdirdilər və Bələdiyyə seçkiləri beynəlxalq normalara müvafiq keçirildi.