Deputatlar tətilə çıxdı

Bu gün Milli Məclis (MM) payız (qış) sessiyasını başa çatdırıb.

XALQ.AZ-ın xəbərinə görə, sessiya spiker Sahibə Qafarovanın qısa-hesabat xarakterli məlumatı, eləcə də, dövlət himninin oxunması və səsləndirilməsi ilə öz işini başa vurub.

Bununla millət vəkilləri qış tətilinə yollanıblar.

MM-in növbəti-2021-ci il yaz sessiyası isə fevralın 1-də öz işinə başlayacaq.