Deputatlar Tbilisidə görüşlər keçirib
Milli Məclisin deputatları fevralın 12-13 tarixlərində Tbilisidə səfərdə olublar.
XALQ.AZ məlumat verir ki, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupununun rəhbəri millət vəkili Arzu Nağıyev Milli Məclisin deputatları Musa Quliyevlə və Azər Əmiraslanovla birlikdə Gürcüstan parlamentinin sədri, komitə sədrləri və dostluq qrupunun üzvləri ilə görüşlər keçiriblər.
Görüşlər zamanı müxtəlif mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edilib və əməkdaşlıq perspektivlərini nəzərdən keçirilib.
.