Deputatlar “YAŞAT Fondu”na vəsait köçürdü

“YAŞAT Fonduna Milli Məclisin deputatları, Aparatın və İşlər idarəsinin işçiləri tərəfindən 102 min manat məbləğində vəsait köçürülüb”.

XALQ.AZ-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.