Deputatlarımız Rusiyada Parlamentlərarası əməkdaşlıq komissiyasının iclasında çıxış etdilər

Moskvada Milli Məclis sədrinin birinci müavini Əli Hüseynlinin rəhbərlik etdiyi heyət ilə Azərbaycan və Rusiya qanunverici orqanlarının Parlamentlərarası əməkdaşlıq komissiyasının 19-cu iclasında iştirak ediblər.
 XALQ.AZ xəbər verir ki, Milli Məclisin deputatları  Elnur Allahverdiyev,  Emin Hacıyev və Azər Badamov, Milli Məclis Aparatının Beynəlxalq əlaqələr şöbəsinin Protokol sektorunun rəhbəri İlqar Nəbiyevin və Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun da iştirak etdikləri iclasda ölkələrimiz arasında mövcud əlaqələrin müxtəlif spektrlərinə toxunuldu, əsasən sərhəd keçid prosesində yaranan maneələrin həlli istiqamətində müzakirələr oldu.
Habelə parlamentlərarası münasibətlərin müxtəlif istiqamətlərinə dair fikir mübadiləsi apardıq. Elnur Allahverdiyev  dövlətlərarası münasibətlərin fərqli aspektlərinə, hazırki ikitərəfli siyasi və iqtisadi əlaqələrə dair çıxış edib. Həmçinin  iclasda  Millət vəkili Emin Hacıyev Azərbaycanla Rusiya arasında elmi-texniki əməkdaşlıq mövzusunda çıxış edib və  Milli Məclisin deputatı Azər Badamov Zəngəzur dəhlizin açılmasının verəcəyi töhfələri və digər məsələlər ətrafında fikir bilidrib.
İclasda komissiyanın Rusiya tərəfindən rəhbəri Federal Məclisin Federal Şurasının sədr müavini Qalina Karelova, Dövlət Dumasının və Federal Şuranın müxtəlif komitələtinin sədrləri və sədr müavinləri iştirak edirdilər.