Deputatların tətili başa çatdı

Azərbaycanda deputatların məzuniyyəti başa çatıb.

Xalq.az xəbər verir ki, Milli Məclis yanvarın 1-dən 15-dək tətilə buraxılıb.

Parlamentin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə deputatlar məzuniyyətdə sayılıblar.

16 yanvar – 31 yanvar tarixlərində Milli Məclis komitələrinin iclasları keçiriləcək. Yaz sessiyası fevralın 1-də başlanacaq, 31 mayadək davam edəcək.