“DGK bu il 30-dan çox korrupsiya faktı aşkar edib”

“Dövlət Gömrük Komitəsi (DGK) bu il 30-dan çox korrupsiya faktı aşkar edib”.

XALQ.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında DGK-nın sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, həmin faktlardan cinayət tərkibi olan işlər aidiyyəti üzrə digər qurumlara göndərilib.

“Korrupsiya əməlləri ilə bağlı 100-dən çox əməkdaşı işdən çıxardıq. Bununla bağlı 365 gün, 24 saat mübarizə aparacağıq”, – o qeyd edib.

 

Orxan