Di Kaprio “Klinton” mükafatına layiq görüldü

Di

ABŞ-ın keçmiş prezidenti Bill Klinton tanınmış aktyor Leonardo Di Kaprionu mükafata layiq görüb.

XALQ.AZ-ın məlumatına görə, 8-ci dəfə keçirilən bu mükafat xeyriyyə işlərində, ictimai həyatda və iqtisadiyyatda aktiv fəaliyyətə görə təqdim edilib.

Nyu-Yorkda baş tutan tədbirin əsas mükafatçısı aktyor Leonardo DiKaprio olub. O, “Clinton Global Initiative Bill Klinton” mükafatına planetin qorunması üzrə işi, eləcə də “Leonardo DiCaprio Foundation” fondunun yaradılmasına görə layiq görülüb. Çıxışında aktyor qonaqları ekoloji problemləri gündəmdə saxlamağa çağırıb.

“Biz birlikdə maliyyələşdirmənin artırılması üsulları tapa və vacib tərəfdaşlıqlar qura bilərik. Okeanları və planeti qoruyaraq, biz son nəticədə planetdə iqlimin qorunmasına kömək edən vacib təbii proseslərin yenilənməsinə imkan yaradırıq”, deyə Leonardo bildirib.