Dilqəm Əsgərov evində

Erməni girovluğundan azad edilən Dilqəm Əsgərov artıq evə buraxılıb.

XALQ.AZ-ın verdiyi xəbərə görə, oğlu Kürdoğlu Əsgərov atası ilə birgə şəklini paylaşıb.

D.Əsgərov 6 il erməni girovluğunda qaldıqdan sonra Azərbaycanın Vətən Müharibəsindəki qələbəsinin ardından dəyişdirilən əsirlərlə birgə Azərbaycana təhvil verilib.