Din alimindən maraqlı fətva!

molla

Ramazan bayramı yaxınlaşdıqca bir sıra din xadimləri tərəfindən müxtəlif fətvalar verilməyə başlayır.

XALQ.AZ-ın məlumatına görə, İranın tanınmış din alimlərindən biri olan Ayətullah Əsədullah Bəyat Zəncani susuzluğa görə oruc tutmayanları sevindirib. Belə ki, din xadimi, iranlı imam internet saytında oruc tutmaqla bağlı maraqlı fətva verib.

O, susuzluğu aradan qaldıracaq qədər su içməyin orucu pozmayacağını vurğulayıb:
“Oruc tutub lakin susuzluğa taqəti qalmayanlar, susuzluqlarını aradan qaldıracaq qədər su içə bilər. Belə bir vəziyyətdə oruc pozulmaz və qəza etməyə də ehtiyac yoxdur”, deyə Ayətullah Bəyat Zəncani bildirib.