DİN-dən əhaliyə müraciət

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.
DİN-in Mətbuat xidmətindən XALQ.AZ-a daxil olan müraciətdə deyilir:
“Hər birimiz şəxsi məsuliyyətimizi artırmaqla koronavirus infeksiyasının doğurduğu təhlükəni bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq. Biz qorxunc virusa birlikdə, karantin qaydalarına riayət etməklə qalib gələ bilərik! ​Biz birlikdə daha güclüyük!”