DİN-i məlumat yaydı

 

02

Daxili İşlər Nazirliyi (DİN) Şəmkir rayonunda baş verən silahlı insidentlə bağlı məlumata yayıb.

 

XALQ.AZ nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 17-də Şəmkir rayonunun Kür qəsəbəsindəki “Soyuq bulaq” adlandırılan ərazidə qəsəbə sakini Rəşad Məmmədovla Mahmudlu kənd sakini, əvvəllər məhkum olunmuş Nazim Abbasov arasında münaqişə baş verib. R.Məmmədov ov tüfəngindən, N.Abbasov isə “AKM” markalı silahdan bir-birinə atəş açaraq xəsarət yetiriblər. R.Məmmədov aldığı xəsarətdən hadisə yerində ölüb.

Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində baş və ayaq nahiyələrindən xəsarət almış N.Abbasov tutulub. Ondan “AKM” markalı silah və 16 ədəd patron götürülüb.