Dini qurumlara maliyyə yardımı ayrıldı – SƏRƏNCAM

Dini qurumlara maliyyə yardımı ayrılıb.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan qurumlara aşağıdakı məbləğdə pul ayrılıb:

Qafqaz Müsəlmanları İdarəsinə – 2 milyon manat
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna – 350 min manat
Bakı şəhəri Dağ yəhudiləri dini icması – 350 min manat
Avropa yəhudilərinin Bakı dini icmasına – 350 min manat
Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna – 350 min manat
Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına – 350 min manat
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu – 350 min manat

 

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.