Direktor olmaq istəyənlərin nəzərinə!

Tehsil

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq çərçivəsində məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan direktor müavinlərinin təlimlərdə iştirakı üçün müsabiqə elan edir.

XALQ.AZ-ın Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadla verdiyi məlumata görə, təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsili idarəedənləri yetişdirməkdir.

Təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə edəcək.

Təlimlərin müddəti:

Təlimlər 20 oktyabr 2014-cü il – 17 yanvar 2015-ci il (3 ay) tarixlərini əhatə edəcək.

Təlimdə əhatə ediləcək modullar:

• Planlaşdırma
• Statistika-Məlumatların toplanılması və təhlili
• İdarəetmə və təşkilatçılıq
• Keyfiyyətli təhsil və təlim-tədris keyfiyyətinə nəzarət
• Liderlik
• Qanunvericilik

Eyni zamanda iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə məruzələr də təşkil ediləcək.

Müsabiqədə iştirak üçün minimum tələblər:
• Ali pedaqoji təhsil
• Məktəb direktoru və ya direktor müavini kimi ən azı 2 (iki) il pedaqoji iş təcrübəsi

Namizədlərdən gözlənilən digər keyfiyyətlər:
• Liderlik bacarığı
• Yüksək motivasiyalılıq
• Səmərəli qərar qəbuletmə bacarığı
• Nəticəyönümlülük
• İKT-dən istifadə bacarığı

Müraciət qaydaları:
Müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını (ƏLAVƏ) dolduraraq telim@edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər.

Müraciət üçün son tarix: 07 oktyabr 2014-сü il, saat 17:00

Seçim qaydaları:
Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanına (telim@edu.gov.az) göndərəcəkləri ərizə forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin Azərbaycan dilində rəsmi yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə – müsahibəyə dəvət ediləcəklər. Hər üç mərhələnin nəticəsi olaraq 50 nəfərin seçimi nəzərdə tutulur.

Yekun qiymətləndirmə:
Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq imtahanda iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə “Uğur sertifikatı” təqdim olunacaq. “Uğur sertifikatı” əldə etmiş şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq, hal-hazırda direktor vəzifəsində çalışmayan digər şəxslər isə direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.

ƏLAVƏ

MÜRACİƏT FORMASI

  1. Ad, soyad, ata adı ___________________________________________________________.

  2. Təhsil______________________________________________________________________.

  3. İxtisasınız _____________________________.

  4. Pedaqoji təcrübə ___________ il.

A) Direktor kimi ___________ il.
B) Direktor müavini kimi ___________ il.

  1. Pedaqoji uğurlarınız:


  1. Təlimlərdə niyə iştirak etmək istəyirsiniz? (maksimum 150 söz)



  1. Təlimdən əsas gözləntilərinizi təsvir edin (maksimum 100 söz).


  1. Məktəb direktoru işləmək üçün hansı üstün və zəif cəhətlərə maliksiniz? (maksimum 100 söz)


  1. Telefon _____________(ev) __________(iş) ____________(mobil)

  2. Elektron poçt__________________________________

  3. Ünvan________________________________

Yazıb bildirirəm ki, yuxarıda qeyd edilmiş məlumat düzgündür və bu məlumatı təsdiq edən sənədləri təqdim etmədikdə təlimlərdə iştirakım dayandırıla bilər.

Tarix:_____________________