Doğuşda ölən qadınla bağlı təfərrüatlar

8

 

 

Paytaxtdakı 5 saylı doğum evində baş verən ana ölümünün təfərrüatlarını üzə çıxarıb

Movqe.az-ın apardığı araşdırma zamanı bəlli olub ki, ötən gün 5 saylı doğum evində qeysər əməliyyatından sonra dünyasını dəyişən Ələt qəsəbə sakini, 1982-ci il təvəllüdlü Züleyxa Xudaverdi qızı Göyüşova əməliyyatdan bir neçə saat sonra dünyasını dəyişib. Bu Z. Göyüşovanın ikinci hamiləliyi olub. Ələt qəsəbəsində yeləşən 32 saylı poliklinikanın baş həkimi Əlisəfa Hüseynov Movqe.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, Z. Göyüşova Ələt qəsəbəsində pasport qeydiyyatında olsa da, Salyan rayonunun Xıdırlı kəndində ərdədir. Odur ki, polikilinikada qeydiyyatda olmayıb.

Mərhumun yaxınları dəfndə olduğundan, Movqe.az-ın əməkdaşı Salyan rayon Xıdırlı kəndinin icra nümayəndəsi Vaqif Hüseynovla əlaqə saxlayıb. V. Hüseynov bildirib ki, hadisə gözlənilmədən baş verib: “Z.Göyüşova bizim kəndə ərə gəlsə də, Ələt qəsəbəsində pasport qeydiyyatında olduğundan, onu doğuş üçün 5 saylı doğum evinə göndəriblər. Mərhumun bu ikinci hamiləliyi olub. Onun 2 yaşında evdə bir övladı da var. Z. Göyüşova əməliyyatdan çıxdıqdan sonra həyat yoldaşı da onunla görüşüb. Həkimlər bildiriblər ki, ananın da uşağın da vəziyyəti yaxşıdır, əməliyyat normal keçib. Z. Göyüşova həyat yoldaşı ilə görüşdən sonra ona doğum evində gözləməyin lüzumsuz olduğunu, evdəki balaca qızından narahat olduğunu söyləyib.

Qadın deyib ki, get evə uşağımızın yanına. Həyat yoldaşı onunla görüşdən sonra evinə qayıdarkən, yolda həkimlər ona zəng edərək Z. Göyüşovanın vəziyyətinin qəfil pisləşdiyini, nəfəs almasında çətinlik yarandığını söyləyiblər. Həyat yoldaşı xəstəxanaya çatınca Z. Göyüşova dünyasını dəyişib. Hələ ki mərhumə dəfn edilməyib. Ailəsi də şok içindədir.

Hamı məəttəl qalıb ki, əməliyyat normal keçibsə, uşaq da salamat qalıbsa necə olub ki, doğuşdan bir neçə saat sonra ana ölüb? Z. Göyüşova əməliyyatdan iki gün əvvəl doğum evinə yerləşdirilib”.