Dolların qiyməti-Rəsmi

102425124-currency-exchange-dollar.1910x1000

 

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın fevralın 17-ə olan məzənnəsini açıqlayıb.

AMB-dən XALQ.AZ-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi fevralın 16-ı ilə müqayisədə 0,32% artaraq 1,7352 manat təşkil edib.

Avro da manata nisbətən artıb. Avrozonanın vahid valyutası 1,8359 manatdan 1,8522 manatadək bahalaşıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0302 manatdan 0,0301 manatadək azalıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4726 manatdan 0,4728 manatadək bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1559 manatdan 2,1704 manatadək artıb. Gürcüstan larisinin məzənnəsi isə 0,6570 manatdan 0,6567 manatadək ucuzlaşıb.