Dövlət Komitəsi aztəminatlı ailələrə yardım paylayıb – Foto

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Pasha Holding”-in dəstəyi ilə ərzaq yardımı aksiyasına başlayıb.

XALQ.AZ xəbər verir ki, aksiya çərçivəsində Komitə nəzdində fəaliyyət göstərən Şüvəlan, Zaqatala, Ağdam və Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən aztəminatlı və risk qrupundan olan ailələrin yaşayış şəraiti və sosial vəziyyətinin qiymətləndirilməsi aparılaraq ərzaq yardımları çatdırılıb.

Qeyd edək ki, UADM tərəfindən hazırda 69 ailəyə ərzaq yardımı paylanılıb və bu aksiya digər rayonlarda da davam etdiriləcək.

XALQ.AZ