Dövlət Miqrasiya Xidmətinin yeni rəisi təyin olunub

Vüsal Hüseynov Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunub.

XALQ,AZ xəbər verir ki,  bununla bağlı Prezident İlham Əliyevaprelin 23-də “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

Qeyd edək ki, V.Hüseynov bu təyinatadək Milli Məclisin deputatı olub. Bundan əvvəl isə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev idi.  

 

 

Elgün