Dövlət Neft Şirkəti işçi axtarır

82

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustanda açılmış yeni Qobustan Təlim mərkəzinə işə qəbul elan edir. www.socar.az korporativ veb – saytında Qobustan təlim mərkəzinə müxtəlif vakansiyalar elan edilib.
İşə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqədə iştirak etmək istəyənlər http://careers.socar.az/VacancyList link-inə daxil olmaqla ixtisas və peşələrinə uyğun elan edilmiş müxtəlif vakansiyalar üzrə elektron müraciət edə bilərlər.
Elektron müraciəti qeydə alınmış namizədlərin sənədlərinin vakansiya tələbləri ilə uyğunluğu yoxlanıldıqdan sonra uyğun gələnlər növbəti test, peşə sınaq imtahanı və ya müsahibə mərhələlərinə dəvət olunacaqlar.