Dövlət Qulluqçularının Peşə Bayramı qeyd edildi

Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə Yasamal Rayon İcra Hakimiyyətində təntənəli toplantı keçirilib.

Yasamal RİH kollektivi qarşısında çıxış edən icra başçısı Elşad Həsənov bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və effektiv idarəetmə strukturunun yaradılması məqsədilə misilsiz işlər görülüb. E. Həsənov hər bir dövlət qulluqçusunun yüksək etik qaydalara və nümunəvi davranışa mütləq riayət etməli olduğunu qeyd edib.

İcra başçısı Prezident İlham Əliyevin dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncamı ilə dövlət qulluğunda fərqənməyə görə medalı ilə təltif edilmiş Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirinin müavini Nazilə Rəhimovanı təbrik edib və ona uğurlar arzulayıb.

Daha sonra dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Yasamal RİH əməkdaşları icra başçısının sərəncamı ilə fəxri fərmanlarla təltif olunublar.