Dövlət şirkətlərində dəyişiklik-Prezidentin Sərəncamı

Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları”, “Bakı Metropoliteni” QSC-lərin, eləcə də bakı Nəqliyyat Agentliyinə məxsus “BakuBus” MMC-nin nizamnaməsi və strukturu dəyişəcək.

Anews.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

Sərəncamlarda deyilir ki, Azərbaycan İnvestisiya Holdinqi adları çəkilən dövlət şirkətlərinin yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün dövlət başçısına təqdim etsin.