“Dövlət siyasətini əks etdirən eksponatlardan ibarət bir muzeyin açılmasına ehtiyac var” – Jalə Əliyeva

Milli Məclisə cənab Prezident İlham Əliyev tərəfindən daxil olan qanun layihəsi çox əhəmiyyətli məqamları ehtiva edir. Bu Konvensiyanın müddəalarının Ermənistan Respublikasına münasibətdə Azərbaycan  Respublikası tərəfindən tətbiq edilməyəcəyinə dair bəyanatla birlikdə təsdiq edilməsi, Azərbaycan  Respublikasının ana qanunu  olan Konstitusiya ilə tənzimlənir və bu, ölkəmizin hüquqi və qanuni haqqıdır.

XALQ.AZ-ın xəbərinə görə, bunu professor, Milli Məclisin (MM) komitə sədrinin müavini Jalə Əliyeva parlamentin müzakirəsinə çıxarılmış “Nəşrlərin beynəlxalq mübadiləsi konvensiyasının təsdiq edilməsi haqqında” qanun layihəsi ilə bağlı fikirlərini açıqlayarkən bildirib.

Qeyd edib ki, bununla bağlı mövqeyini MM-in bugünkü plenar iclasında da dilə gətirib.

Onun sözlərinə görə, Azərbaycan 30 ildən bəri ədalətsiz bir müharibə, heç bir əsası olmayan iddialarla üz-üzədir. Ötən 30 il  ərzində Ermənistan silahlı qüvvələri öz havadarlarının köməyi ilə sadəcə torpaqlarımızı işğal etməyib, sadəcə insanlarımız qaçqın, köçkün durumuna salınmayıb.

J.Əliyeva eyni zamanda, bildirib ki, əsrlərin daş yaddaşından gələn abidələrimiz, dünya inciləri sayılan tarixi memarlıq əsərlərimiz, zəngin mədəni irsimiz məhv edilib, yandırlıb, dağıdılıb, yerlə-yeksan edilib. Bununla da kifayətlənməyib, həmin sənət incilərimizi hətta özününküləşdirməyə cəhd ediblərvə bu gün də cəhdlərini davam etdirirlər.

“Dövlət başçısı cənab İlham Əliyevin böyük səyləri ilə Ermənistanın bu cəhdlərinin qarşısı hər addımda alınıb və alınmaqdadır. Burada əlbəttə ki, Heydər Əliyev Fondunun və onun rəhbəri xanım Mehriban Əliyevanın yorulmaz fəaliyyəti danılmazdır.Məhz onların uğurlu fəaliyyəti nəticəsində Azərbaycan muğamı, xalçaçılıq sənəti, musiqi alətlərimiz olan tar və kaman, milli mətbəximiz, Novruz bayramı Yunesco-nun qeyi-maddi mədəni irs siyahısına daxil edilib. Çovqan oyunları Qarabağ bölgəsinin milli oyunları kimi Yunesconun siyahısında yer almaqdadır. Burada, Azərbaycanın tarixi abidələrinin maddi mədəni irs siyhısıına daxil edilməsi üçün də həyata keçirilən fəaliyyəti qeyd etmək yerinə düşərdi. 2000-ci ildə  İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu, Qızqalası, Şirvanşahlar sarayı,  2007-ci ildə Qobustan Dövlət tarixi Bədii Qoruğu, ötən ll qədim  Şəki şəhəri Yunesco-nun maddi mədəni irs siyahısına daxil edilib.Məhz Mehriban xanımın Yunesco-nun xoş məramlı səfiri kimi 2007-ci ildə Yunesko baş katibi Koidiro Matsuranı ölkəmizə dəvət etməsi və sonuncunun Qobustan abidələri ilə şəxsən tanışlığı sonucu Qobustan Yunesconun maddi mədəni irs siyahısına daxil edidi. Elə həmin il ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən Qobustan qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında sərəncam imzalandı.

Prezidentin 2012-ci ildə imzaladığı tarixi fərmanla təsdiq edilmiş “Azərbaycan 2020:gələcəyə baxış” İnkişaf Konsepsiyasına maddi və qeyri maddi irsimizin qorunması və tanıdılmasına dair müddəalar  daxil edildi. Qarşıya qoyulan tələblərdən biri də Azərbaycanın işğal altında olan torpaqlarında yerləşən daşınmaz mədəni irs haqqında nəşrlərin hazırlanması idi. 2013-cü ildən etibarən, bu doğrultuda çaışmalar başladılıb. Belə ki, 2013-cü ildən bəri İrs Publication Hause tərəfindən Azərbaycanın maddi və qeyri maddi mədəni irsi dünyanın 13 ölkəsində təbliğ edilir. Mədəniyyət Nazirliyinin və Paşa Həyat Sığortanın təşkilatçıılığı ilə  2018-ci ildə “Qarabağ-əsrlərin salnaməsi”, 2019-cu iidə isə “Qədim və gözəl Qarabağ” adlı nəfis tərtibatlı kitablar işıq üzü görüb. 2019-cu ildə ilk dəfə olaraq tarixi abidələrimizin pasportu hazırlanıb.

Göründüyü kimi, bütün bunlar Azərbaycanın tarixi hüququnun bərpa edilməsi, həqiqətlərimizin dünyaya çatdırılması, milli təəssübkeşliyin gücləndirilməsi  baxımıından çox əhəmiyyətli tədbirlədir. Və hazırda bizə təqdim edilən layihə də həmin tədbirlərin bir tərkib hissəsi kimi qiymətləndirilməlidir. Və sonda bir təklifimi də səsləndirmək istəyirəm. Hamımıza məlum olduğu kimi, Xan qızı Natavanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün uzun illər boyu işğal altındakı torpaqlarımızda vandalizmə məruz qalan heykəlləri Ümummilli lider Heydər Əliyevin səyləri və müdaxiləsi ilə Bakıya gətirildi. Həmin heykəllər o zamandan bəri İncəsənət Muzeyinin arxa həyətində saxlanmaqdadır. Bizcə bu şəhid heykəllər, şəhərin görməli yerlərindən birində, məsələn Şəhidlər Xiyabanında nümayiş etdirilə bilər. Ümumiyətlə 20-ci əsrdə bir neçə dəfə soyqırımına, repressiyalara məruz qalan bir xalqın tarixi həqiqələrini  və haqqımızın geri qaytarılması uğrunda həyata keçirilən dövlət siyasətini əks etdirən eksponatlardan ibarət bir muzeyin açılmasına ehtiyac var”-deyə, o, sözlərinə əlavə edib.