Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat

55

 

Məmməd Nuriyev DSMF-nun maliyyə-büdcə şöbəsinin rəisi təyin olunub

Vətəninfo.az Dövlət Sosial Müdafiə Fondundakı (DSMF) qaynaqlara istinadən xəbər verir ki, DSMF-nun yeni rəhəbrliyi mərkəzi aparatda dəyişikliklərə star verib. Məlumata görə, artıq bu dəyişikliklərdən biri reallaşıb və DSMF-nun Səbail rayon şöbəsinin müdiri Məmməd Əliağa oğlu Nuriyev DSMF-nun aparatında maliyyə-büdcə şöbəsinin müdiri təyin edilib. DSMF-nun Səbail rayon şöbəsinə isə hələlik müdir təyin edilməyib. Yaxın günlərdə DSMF-nun Səbail rayon şöbəsinə yeni bir şəxsin təyinatı gözlənilir.

Qeyd edək ki, DSMF-nun aparatında şöbə müdürü təyin olunmaq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir müavini təyin olunmaq kimi bir vəzifədi.