Dünya Bankı Azərbaycana dəstək verəcək

66

 

“Dünya Bankı vergi sahəsində Azərbaycana öz dəstəyini əsirgəməyəcək”

“Dünya Bankı vergi sahəsində Azərbaycana öz dəstəyini əsirgəməyəcək”.

Bunu Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Larisa Leşçenko bu gün keçirilən üçüncü Vergi Forumunda bildirib.

Onun sözlərinə görə, bu sahədə Azərbaycanla əməkdaşlığa ehtiyac var. Düşünürəm ki, Azərbaycan yeni təşəbbüslərlə bağlı səylərini əsirgəməyəcək. Azərbaycanda vergidən azad olunan sektorlar var. Bu əlbəttə ki, həmin şirkətlərin iokişafı üçün yaxşı bir haldır. Hesab edirıəm ki, mədən sənayesi, neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlər gəlirlərini bəyan etməlidir. Bu sahədə Azərbaycan ilk təşəbbüs göstərən ölkələrdəndir.

Azərbaycan Dünya Bankı ilə əməkdaşlıq edir və dünya bankıda bu keçid dövründə ölkənizin yanında olacaq.