Dünya çempionu Ramiz Mehdiyevin nəvəsinin toyunda belə tort hazırladı-Video

Akademik, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinə öz bağ evində toy mərasimi keçirməsi ölkə gündəmini zəbt edib.

Məlum olduğu toy mərasimi bağ evində keçirilsədə qonaqları əyləndirmək üçün müxtəlif proqramlar və şoular hazırlanmışdır. Toy mərasimi ən yüksək səviyyədə peşakarlar tərəfindən hazırlanmış proqram üzrə baş tutmuşdur. Bu proqramlar arasında “Tort-şou” daha maraqlı olmuş və qonaqlar tərəfindən videoda göründüyü kimi maraqla qarşılnamışdır.

XALQ.AZ xəbər verir ki, toyda “Tort-şou” təqdim edən ağırlıqqaldırma üzrə Dünya çempionu, Avropa ikincisi Rafael Tağıyev idi. Videoda göründüyü kimi məşhur şirniyyatçı Rafael Tağıyev musiqi sədaları ilə qonaqları belə əyləndirir

XALQ.AZ