Dünya nizamında nüfuz və mövqe uğrunda mübarizə günü-gündən dərinləşir

İran günlərdir anonsunu verdiyi “Qisas” əməliyyatını keçirdi. Tehran gecə saatlarından etibarən dronlarla İsrail ərazisinə hücum etdi. PUA hücumu üç dalğa halında bir neçə saat davam edib. Paralel olaraq İsrailin hava hücumundan müdafiə sistemlərinə də kiberhücumlar olub.
 Bununla belə, Tehranın anonsunu verdiyi “Qisas” qısa çəkib. İranın BMT-dəki nümayəndəliyi məsələnin yekunlaşdığını açıqlayıb. Əslində, İranın İsrailə müharibə elan etməsi, total savaşa girməsi gözlənilmirdi. İran ordusu İraqla müharibədən bəri total müharibə görməyib. Ordu istər təcrübə, istər iaşə, istərsə də strateji olaraq buna hazır deyil. İran ordusu müdafiə müharibəsində şərtsiz üstün ola bilər, lakin hücum xarakterli müharibələrdə elə də güclü deyil. İran iqtisadiyyatı nəinki İsrail, heç bir ölkə ilə uzun müddət müharibə aparmağa yetərli deyil. Uzunmüddətli müharibə İran iqtisadiyyatını çökdürə bilər. Digər yandan İsrail uzun illərdir İrandakı etnik azlıqlarla işləyir. Yəni İranın İsraillə müharibə etməsi halında bəluclar, ərəblər, kürdlər, güneylilər ayağa qalxa bilər. İran bunları yaxşı bildiyindən İsrail ilə uzunmüddətli müharibəyə girməyi gözə almaz. Bununla belə, yaşananlar bir daha Yaxın Şərqin qaynar bölgə olduğunu, sabitliyin tükdən asılı olduğunu ortaya qoydu. Rusiya-Ukrayna müharibəsi davam etməkdədir. Paralel olaraq Qərb ölkələri Ermənistanı da silahlandıraraq Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə, yenidən münaqişə ocağı yaratmağa çalışırlar. Bir neçə bölgədə müharibələrin başlanması üçüncü dünya müharibəsini də meydana gətirə bilər. Hazırda dünyada yaşanan gərginliklər fonunda sabitlik hər bir ölkə üçün böyük aktuallıq daşıyır. Bir anlığa dünyanın mənzərəsini göz önündə canlandıraq. Sabitliyi pozulan, qarşıdurmaların yaşandığı dövlətlərdə nə görəcəyik? Dağıntılar, sıradan çıxan infrastruktur, qardaş qanının axıdılması, miqrant axını və s. Vətəndaş həmrəyliyi, iqtidar-xalq birliyi olmayan ölkələrin tipik mənzərəsi məhz bu kimi acı təəssüf doğuran məqamlarla səciyyələnir. Biz qlobal miqyasda cərəyan edən proseslərdən görürük ki, sabitliyi pozulan dövlətlər inkişafdan geri qalır, insanlar xaosdan, anarxiyadan əziyyət çəkirlər. Dünyanın ayrı-ayrı regionlarında yaşanan gərginliklərlə müqayisədə Azərbaycandakı vəziyyət tamam fərqli bir rakursdan diqqəti çəkir. Respublikamız sabitlik və inkişaf adası kimi fərqlənir. Xalqımız öz gələcəyini əmin-amanlıq şəraitində qurur, gələcəyə ümidlə baxır. Prezident İlham Əliyevin bildirdiyi kimi, sabitliyin mövcudluğu Azərbaycanın, gənc nəslin xoşbəxt gələcəyidir: “Uzun illərdir ki, Azərbaycanda sabitlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Xalqın bizim siyasətə göstərdiyi dəstək bizə güc verir və eyni zamanda, imkan verir ki, islahatları dərinləşdirək və Azərbaycanın uğurlu dayanıqlı inkişafını təmin edək”. Dünya ölkələrinin və Azərbaycanın təcrübəsinə istinad etməklə bir zəruri həqiqət məqamını xüsusi qeyd etməliyik. Bu, lider amilinin böyük roludur. Elə liderlər var ki, məhz onların günahı, səbatsızlığı, səriştəsizliyi, populizmi nəticəsində rəhbərlik etdikləri ölkələr siyasi bataqlığa düşür və oradan çıxa bilmirlər. Ölkəmizin dünyadakı təlatümlər dənizində sabitlik və inkişaf adasına çevrilməsi kimi müstəsna nailiyyətə məhz Liderimizin – Prezident İlham Əliyevin rəhbərliyi ilə nail olunub. Azərbaycanda heç bir dövlətdə rast gəlinməyəcək reallıq formalaşıb. Bu reallıq ondan ibarətdir ki, ölkədə bütün sosial təbəqələrin nümayəndələri İlham Əliyevi özünə daha yaxın sanır və ona güvənir. Belə bir gərgin şəraitdə milli birlik və həmrəylik, dövləti maraqları hər şeydən üstün tutulmalıdır.
Çox kiçik ərazinin hər tərəfdən hücumu dəf etməsi nümunəsini bir daha gördük. Hücum əleyhinə müdafiə kompleksləri ilə bağlı Azərbaycan vaxtında çox ağıllı seçim edib. Bu gecə bir daha şahidi olduq. Azərbaycanı təhdid edənlər bunu unutmasınlar. Baş verənlər bəzilərinin tamahı ilə bacarığının eyni olmadığını göstərdi. Ümumilikdə isə, Yaxın Şərqdə böyük bir müharibə İrana lazım deyil.
 
Millət vəkili Azər Badamov  açıqlamasında deyib ki, dünya qaynayan qazana oxşayır. 
 
Deputatın sözlərinə görə, dünya nizamında nüfuz və mövqe uğrunda mübarizə günü-gündən dərinləşir: 
“Güclü ölkələrə müharibələrin hesabına daha güclənmək istəyir. Bu da dünya iqtisadiyyatını çətinliklərlə üzləşdirir. Azərbaycan da dünya birliyinin bir üzvüdür. Sonu görünməyən Rusiya-Ukrayna savaşı, digər tərəfdə İsrail-Həmas müharibəsi hər gün minlərlə canlar alır, yaşayış məntəqələri yerlə yeksan olunur, mülki insanlar didərgin vəziyyətinə düşür. Bununla yanaşı yeni bir münaqişə ocağı da qızışmaqdadır. Dünən İranın İsrailə atdığı hava zərbələri, Qərbin İsrailə dəstək verməsi və İranın əməliyyatı başa çatdığını bildirməsi dünya nizamında yeni bir narahatlı vəziyyət yaradıb. İran geri çəkilsə də İsrail İranın hücümüna qarşı səssiz dayanacaqmı kimi bir sual da meydana gəlir. Təbii ki, belə bir gərgin dünya nizamında ölkəsini xarici təsirlərdən qorumaq və bütün ölkələrlə balanslaşdırmış siyasət yürütmək hər bir dövlət başçısının gücündə deyil. Hətta deyə bilərik ki, bəzi dövlət rəhbərləri düşünülməmiş yanlışlıqlara yol verərək öz ölkəsini də müharibələrin iştirakçısına çevirir. Bu rəngarən dünyada Azərbaycan dövləti Prezident İlham Əliyevin yürütdyü düşünülmüş beynəlxalq siyasəti sayəsində ölkəmizin milli maraqları qorunub saxlanılır və qonşuların açıqladığı təxribat yönümlü çağırışlardan kənarda dayana bilirik”.
 
Parlamentari qeyd edib ki, dövlətimiz dost ölkələrlə dostluğa sadiqliyini qoruyub saxlayır, digərləri ilə də müstəqil siyasətini davam etdirir: 
“Onu da qeyd etmək istəyirəm ki, bizim ağrılı yerimiz olan torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Bu gün isə biz müharibənin başa çatdığını, sülh və əmkdaşlığın başlanmasına hazır olduğumuzu bəyan edirik. Amma təəəssüf ki, ABŞ və Aİ Cənubi Qafqazı da yeni bir müharibə ocağına çevirmək istəyir. Amma dövlət başçımızın düşünülmüş siyasəti Qərbin də Azərbaycana qarşı Ermənistan üzərindən həyata keçirmək istədikləri çirkin planlarını neytrallaşdıır. Azərbaycan həm sülüh və əməkdaşlıq siyasətini unkişaf etdirir, həm də gücünü artırır. O cünmlədən, dünyanı narahat edən qlobal problemlərin həlli istiqamətində töhfələr verən nadir ölkələrdəndir. Məsələn, Qoşulmama Hərəkatına uğurla sədrilik etdik, mütəmadi olaraq Mədəniyyətlər arası Humanitar Forumları keçiririk, Fransanın neokolonolizimi siyasətini ifşa edən Bakı Prosesini təssis etmişik, Formula yarışlarının keçirilməsinə töhfə veriririk, İqlim dəyişikliklərinə qarşı dünyanı həmrəyliyə çağıran COP 29 beynəlxalq konfransına ev sahibliyi edirik və.s belə beynəlxalq tədbirlərin müəllifi oluruq. Bu, ölıkəmizin niyyətinin və gələcəyə baxışlarının ifadəsidir. Təbii ki, dünya birliyi bizim beynəlxalq səylərimizi dəstəkləyir və Azərbaycan nüfuzlu, etibarlı tərəfdaş kimi imicini möhkəmləndirir. Bütün bu uğurlarımızın müəllifi Prezident İlham Əliyevdir”.