“Dünya Tanqo Çempionatı”

Tanqo

Argentinanın paytaxtı Buenos-Ayres bu il 12-ci dəfə keçirilən “Dünya Tanqo Çempionatı”na ev sahibliyi edir.

XALQ.AZ-ın məlumatına görə, Dünya Tanqo Çempionatı keçən ilin çempionlarının rəqsi ilə başlayıb. 13 gün davam edəcək tanqo festivalında dünyanın dörd bir tәrәfindәn 500-dən çox cütlük iştirak edəcək. Rəqqaslar iki rəqs kateqoriyası üzrə – “səhnə tanqosu” və “salon tanqosu” üzrə yarışacaqlar.

Buenos Ayresdə xüsusilə Tanqo dansının ortaya çıxdığı yer olaraq qәbul edilәn La Boca (La Boka) məhəlləsi, tanqo perestişkarlarına ev sahibliyi edәcәk. Şəhər tanqo həvəskarlarının toplu halda rəqs etdiyi “Milonga” gecələrinə səhnə olacaq. Buna görə də müxtəlif yerlərdən hamı bu şəhərə axışır.

Meydanlar və küçələrdə musiqi qrupları tәrәfindәn akordeon müşayiәtindә gözәl musiqilәr ifa edilәcәk.

Qeyd edək ki, tanqo bir rəqs kimi 18-ci əsrin sonlarında Argentinanın paytaxtı Buenos-Ayres və Uruqvayın paytaxtı Montevideoda meydana gələrək, sonradan Avropa, Amerika Birləşmiş Ştatları və Yaponiyada da məşhurlaşıb.