“Dünya üstümüzə gəlir, indi də deyirlər ki…” – Komitə sədri

“Dünya üstümüzə gəlir, indi də deyirlər ki, “Madrid prinsipi” ilə işləmək lazımıdır”.

Xalq.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin dünən keçirilən iclasında komitə sədri Fəzail İbrahimli bildirib.

“Amma bizim aidiyyatı qurumlar layiqincə cavab verir. Madrid prinsiplərinin yerinə yetirilməsi üçün Ermənistanın yenidən Qarabağı işğal etməsi lazımıdır. Dünya açıq dünyadır, amma biz indiyə qədərki ən yüksək dövrümüzü yaşıyırıq. Fransa parlamenti, nə bilim hansı qurum əleyhimizə bəyanatlar səsləndirir. Dəyişən nədir? Dəyişən odur ki, bizim mövqeyimiz böyüyür. Burada da Milli Məclisin üzərinə böyük vəzifə düşür, onu da layiqincə yerinə yetirir”, – deyə komitə sədri vurğulayıb.