Dünyanın ən çılğın evi (FOTO)

Teyyare

ABŞ-da yaşayan bir nəfər təyyarədən ev dizayn edib.

XALQ.AZ-ın məlumatına görə, təqaüdçü elektrik mühəndisi Brus Kampbel Boeinq 727-ni satın alaraq ev formasına salıb və burada yaşamağa başlayıb. Bu maraqlı hadisə ABŞ-ın Oreqon əyalətindəki Portland şəhərində baş verib.

Kampbel meşəlik sahədə olan 10 hektarlıq əraziyə yerləşdirilən təyyarənin içərisinə tualet, duş və qonaq otağı əlavə edib. 1999-ci ildən bəri təyyarənin içərisində yaşadığını deyən Kampbel yeni bir təyyarə daha almaq istədiyini söyləyib. Taxta evlərə nisbətlə təyyarələrin daha dayanıqlı və sağlam olduğunu bildirən Kampbel təyyarə evin çox sərfəli olduğunu qeyd edib: “Heç kimi hirsləndirmək istəmirəm, ancaq taxta məncə çox pis materialdır. Taxta bir çox mikrobun meydana gəlməsinə səbəb olur. Həmçinin yanğın riski yüksək materialdır. Təyyarələr isə insanların hazırladığı ən gözəl strukturlardan biridir”.

Təyyarəni 23 min dollara satın aldığını söyləyən Kampbel, bu təyyarəni bərpa etmək üçün 220 min dollar pul xərcləyib.

Teyyare