Dünyanın ən rahatladıcı mahnıları

Musiqi

İngiltərədə yerləşən səs terapiyası akademiyası “Dünyanın ən rahatladıcı mahnısı”nın adını açıqlayıb.

XALQ.AZ-ın məlumatına görə, 14 il bundan öncə açılan akademiyanın alimlər hesab edirlər ki, Markoni Unionun qrupunun “Ağırlıqsız” adlı mahnı bölümdə birinci yeri tutub.

Araşdırmacılar bəyan ediblər ki, bu mahnı masaj etdirməkdən, yeni dəmlənmiş çay içməkdən, gəzintiyə çıxmaqdan daha gözəl hiss yaşadır. Alimlərin fikrincə, mahnı oxunduğu müddətdə onun ritmi insan ürəyinin ritmi ilə üst-üstə gəlir və beyin dalğalarını da ideal işləməyə məcbur edir. Notların arasında olan boşluqlar isə xüsusi olaraq beyin istirahətinə kömək edir.

Akademiyanın araşdırması nəticəsində nümayiş edilən 10 ən yaxşı mahnının siyahısını sizə təqdim edirik:
1. Markoni Union – “Weightless”
2. Airstream – “Electra”
3. DJ Shah – “Mellomaniac” (Chill Out Mix)
4. Enya – “Watermark”
5. Koldplay – “Strawberry Swing”
6. Barselona – “Please Don’t Go”
7. All Saints – “Pure Shores”
8. Adel – “Someone Like You”
9. Motsart – “Canzonetta Sull’aria”
10. Cafe Del Mar – “We Can Fly”