Dünyanın ən təhlükəli ölkəsi

84
Bütün dünya üzrə ən yüksək təhlükə səviyyəsi ilə Venesuela vətəndaşları üz-üzədir.
Bu barədə “Gallup” analitik şirkətinin vətəndaş təhlükəsizliyinin dərc etdiyi hesabatda yazılıb. Hesabatdakı rəqəmlər polislər tərəfindən verilən açıqlamalar və cəmiyyət arasında aparılan sorğu nəticəsində müəyyən edilir.
Məlum olub ki, Venesuelada əhalinin 74 faizi polisə etibar etmir, cəmi 19 % insan gecə gəzintisinə çıxır. 22% insanlar isə bildiriblər ki, ya özləri, ya da ailə üzvləri son bir il ərzində soyğunçu cinayətkarların qurbanı olublar.
BMT-nin Narkotiklər və Cinayət İdarəsinin məlumatına əsasən, qətl hadisələrinə görə Venesuelanın Honduras şəhəri birinci yerdədir. 100 min əhalisi olan şəhərdə 90,4 qətl hadisəsi hesablanıb. Venesuela şəhərində bu göstərici 53,7 %-ə çatır, Beliz isə 44,7 %-lə üçüncü yerdə qərarlaşır.