Dünyanın ən yaşlı adamı

Yasli

Dünyanın ən yaşlı adamının adı məlum oldu. Bu, 111 yaşlı Yaponiya vətəndaşı Sakari Momoidir.

XALQ.AZ məlumat verir ki, Fukusima prefekturasının sakini olan yaşlı adama bu titulu sübut edən sertifikat paytaxt Tokioda Ginnes Rekordlar Kitabının nümayəndəsi tərəfindən təqdim edilib. Sakari Momoi sertifikatı alarkən daha da uzunömürlü olmaq istədiyini, ən azı 2 il də yaşamaq niyyətində olduğunu bildirib.

Bundan əvvəl dünyanın ən yaşlı adamı bu ilin iyununda dünyasını dəyişən 111 yaşlı ABŞ vətəndaşı idi