Düşüncə ilə mesaj göndərilir

mesaj

Alimlər düşüncənin gücü və az sayda texnikadan istifadə edərək ilk dəfə Hindistandan Fransaya mesaj ötürməyə nail olublar.

Beyin dalğalarının oxunması texnologiyası yeni inkişaf pilləsinə qədəm qoyub. Hindistanlı alim mesajı düşüncənin gücü ilə Fransadakı həmkarına göndərib. Daily Mail nəşri yazır ki, bu, ilk belə hadisədir ki, insanlar, demək olar ki, beyindən-beyinə informasiya mübadiləsi ediblər.

XALQ.AZ-ın “ICTnews”a istinadən məlumatına görə, layihənin müəllifləri, həmçinin iddia edirlər ki, yaxın gələcəkdə insan beyni asanlıqla kompüterlərlə əlaqəyə girəcək.

Beyin dalğalarının oxunması texnologiyası Axilum Robotics, Starlab Barcelona şirkətləri, Barselona Universiteti və Harvard Tibb Məktəbi tərəfindən əməkdaşlıq çərçivəsində hazırlanıb.

Beyin dalğalarının sözügedən texnologiyası adi kompüter simulyatorlarından başlayaraq düşüncənin gücü ilə hərbi texnikanın idarə etməsinədək ən müxtəlif sahələrdə aktiv istifadə olunur.