DYP yeni “Whatsapp” nömrəsi yaratdı

Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşların qarşılaşdıqları yol hərəkəti qayda pozuntularına dair hallarla bağlı görüntüləri göndərməsi üçün yeni “Whatsapp” nömrəsi yaradıb.
Bu barədə İdarənin (BDYPİ) şöbə rəisi, polis mayoru Rövşən Tağıyev məlumat yayıb.
“Sosial şəbəkələrdə sizlərdən gələn çoxsaylı müraciətlər nəzərə alınaraq tərəfimizdən yeni “Whatsapp” nömrəsi (050-8000-902) yaradıldı. Artıq yollarda qarşılaşdığınız və qeydə aldığınız yol hərəkəti qayda pozuntularına dair video və foto görüntüləri bu nömrəyə göndərə bilər, yollarda ictimai nəzarətin həyata keçirilməsində iştirak edə bilərsiniz.
Məqsəd yollarda təhlükəsizliyin təmin edilməsi, qəzaların qarşısının alınması və sürücü intizamının yüksəldilməsidir.
Xahiş edirik nəzərə alasınız ki, “Whatsapp” nömrəsi yalnız foto və video göndərilməsi üçün nəzərdə tutulub”, – məlumatda deyilir.