Efirdə biabırçılıq – Video

Müğənni Niyam Salami Tolikin aparıcılığı ilə yayımlanan “Hər şey daxil” verilişinin qonağı olub.

XALQ.AZ xəbər verir ki, “Karusel” adlı konsertinə hazırlaşan ifaçı proqramda eksklüziv səhnələr hazırladığını bildirib. Bu zaman Toliklə Niyam arasında efirə yaraşmayan ifadələrin istifadə edildiyi dialoq yaşanıb.

Həmin dialoqu təqdim edirik:

Tolik: Konsertin adı “Karusel”dir. Niyam bizi boynuna mindirib gəzdirəcək.

Niyam Salami: Mənim boynuma ancaq nəslimdəki balaca uşaqlar minə bilər. Heç sən də minə bilməzsən.

Tolik: Mən də olum sənin nəslindəki uşaq, minim boynuna, gəzdir.

Niyam Salami: Minə bilməzsən.

Tolik: Mən minərəm. Sən məni yaxşı tanımırsan, deyəsən. Verilişdən sonra danışarıq sənlə.

 

 

Orxan