Egemen Bağış Çexiyada səfir təyin olunub

Egemen Bağış Türkiyənin Çex Respublikasında səfiri təyin olunub.


XALQ.AZ xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan müvafiq qərar imzalayıb.

Qeyd edək ki, E. Bağış Türkiyənin Avropa İttifaqı məsələləri üzrə sabiq naziri və sabiq millət vəkili olub.