Ekologiya və təbii sərvətlər naziri dəyişdi

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni rəhbər təyinatı olub. 

XALQ,AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevaprelin 23-də “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin edilib. 

Qeyd edək ki, M.Babayev bu təyinatadək Milli Məclisin deputatı, SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifələrində işləyib. Bundan əvvəl ekologiya və təbii sərvətlər naziri isə Hüseynqulu Bağırov idi. 

 

Elgün