Eks baş nazirin evində oğurluq (FOTO)

t-11

Türkiyənin keçmiş baş naziri Tansu Çillərin Kuşadasındakı bağ evində oğurluq hadisəsi baş verib.

Xalq.az-ın məlumatına görə, oğrular Çillərin evindən 6 min dollar pul və zinət əşyaları aparıb. Məlumata əsasən, keçmiş hökumət başçısının bağ evinə girən oğrular iki nəfər olub.

Hadisədən dərhal sonra Tansu Çillər polisə şikayət ərizəsi yazıb.

Olayla bağlı araşdırma başlanılıb.

Oğurluq zaman evdə heç kim olmayıb. Son zamanlar həmin bölgədə daha üç bağ evində oğurluq hadisəsi qeydə alınıb.

t-12

t-11