Elçin Quliyevin fotosu yayıldı (FOTOLAR)

 

36

Xəbər verdiyimiz kimi Ölkə Başçısının imzaladığı sərəncamla Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə general-polkovnik hərbi rütbəsi verilib. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin   general-polkovnik rütbəsində yeni fotosu yayılıb. XALQ.AZ Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev  haqqında məlumatı təqdim edir:

General-polkovnik Elçin Quliyev  22 sentyabr 1967-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1988-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirmişdir.
1988-ci ildən həqiqi hərbi xidmətdədir. 1988-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində müxtəlif zabit vəzifələrində xidmət etmiş, 1992-ci ildə Xudat əlahiddə nəzarət buraxılış məntəqəsinin rəisi, 1996-2001-ci illərdə Xudat sərhəd dəstəsinin rəisi vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikasının Prezidentinin 27 mart 2001-ci il tarixli 450 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli təhlükəsizlik nazirini müavini – Sərhəd Qoşunlarının Komandanı təyin edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 31 iyul 2002-ci il tarixli 743 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı təyin edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 15 avqust 2001-ci il tarixli 556 nömrəli Fərmanı ilə general-mayor, 17 may 2003-cü il tarixli 869 nömrəli Fərmanı ilə general-leytenant hərbi rütbəsi verilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 15 avqust 2014-ci il tarixli Sərəncamı ilə general-polkovnik hərbi rütbəsi verilib.

Ailəlidir. Dörd övladı var.

 

11 13 14 15