Eldəniz Səlimov seçicilərlə növbəti görüşünü keçirib – FOTO

Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Eldəniz Adil oğlu Səlimov Azərxalçanın Xaçmaz filialındakı sexində seçicilərlə görüş keçirib.

XALQ.AZ xəbər verir ki, görüşü giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev açaraq bildirib ki, ölkəmizdə möhtərəm Prezidentimiz tərəfindən aparılan uğurlu islahatların nəticəsidir ki, dövlətimiz günü-gündən inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır, bütün bunlara görə Möhtərəm Prezidentimizə təşəkkür və minnətdarlığımızı bildiririk. O, Milli Məclis deputatlığına namizəd Eldəniz Adil oğlu Səlimovun ötən çağırışda fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Tədbirdə Milli Məclisin üzvlüyünə namizəd Eldəniz Səlimov, seçki qərargahının üzvü Nazim Ağayev, Səlimə Hacıyeva və başqaları çıxış edərək ölkə rəhbərlərinin həyata keçirdiyi ardıcıl uğurlu siyasətdən, ölkəmizin inkişafından, insanların rifah halının yaxşılaşmasından, sosial paketin daima həyata keçirilməsindən, ölkə vətəndaşlarına ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıdan danışmışlar.

9 fevral 2020-ci ildə keçiriləcək seçkilərdə YAP-ın namizədinə səs verməklə partiyamıza, dövlətimizə, dövlətimizin uğurlu siyasətinə və nəhayət Heydər Əliyev ideyalarına və xalqımızın gələcəyinə, Xoş güzəranına, səs vermiş olacağıq.

XALQ.AZ