Eldar Əzizov islahatlara başladı

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov struktur islahatlarına başlayıb.

XALQ.AZ  xəbər verir ki, struktur islahatları çərçivəsində Bakı şəhər İcra Hakimiyyətinin tabeliyindəki departament və idarə statusunda 3 təşkilat ləğv edilib.

Həmin təşkilatlarda çalışan əməkdaşlara hələ İcra Hakimiyyətinin tabeliyindəki digər təşkilatlarda işlə təmin olunub-olunmayacaqları bildirilməyib.

Bakı şəhər İcra Hakimiyyətinin yaxın iki gündə bu barədə geniş açıqlama yayacağı gözlənilir.

 

Orxan