Eldar Əzizov məmuru cəzalandırdı

XALQ.AZ xəbər verir ki, Vaqif Novruzova son xəbərdarlıqla şiddətli töhmət verilib.

Bakı Şəhər İcra Hakimiyyəti əməkdaşları tərəfindən paytaxtda yaşıllıqların vəziyyətinin yoxlanılması ilə bağlı keçirdikləri baxışlar zamanı bir sira nöqsanlar, o cümlədən parklarda yaşıllıqlara zəif qulluq göstərilməsi aşkar olunub.

Bununla əlaqədar dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işində yol verdiyi ciddi nöqsanlara görə, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzova son xəbərdarlıqla şiddətli töhmət verilib.

 

Orxan