Eldar Əzizovun ağac kəsən işçisini kim həbsdən qurtardı?

 

2023- cü ilin fevral ayında Yasamal rayon ərazisində kütləvi ağac kəsiminə görə Bakı Şəhər İcra hakimiyyətinin tabeliyində olan Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Yasamal rayon sahə rəisi Natiq Abbasov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi tərəfindən həbs olunmuşdu. Daha sonra həbs qəti imkan tədbiri ev dustaqlığı ilə əvəz olunaraq Natiq Abbasov tutduğu vəzifədən azad edilib.

Araşdırlan cinayət işi ilə bağlı iş Yasamal rayon məhkəməsinə baxılaraq Natiq Abbasova şərti iş verilib.

XALQ.AZ-a araşdırmasına görə  işdən çıxarılan Natiq Abbasov bu məsələ ortaya çıxanda “mən aldığım pulu yuxarı vermişəm, ya məni qurtarın yada yuxarı verdiyim pulların hamısını açıb deyəcəm məhkəmədə”. “Yuxarılar da Natiqin bu hədəsinə görə onu həbsdən qurtarıblar və sözügedən birlikdə həyat yoldaşını aqranom vəzifəsinə işlə təmin etdilər. Və həyat yoldaşının əvəzinə Natiq Abbasov əmək məcəlləsinə zidd olaraq özü işə çıxır. Bəli, düz eşitdiniz. Həyat yoldaşının əvəzinə özü işə çıxır- belə hallar ancaq və ancaq Eldar Əzizovun rəhbərlik etdiyi qurumda ola bilər. Ümid edirik ki, məsələ ilə bağlı Baş prokurorluğun aidiyyatı qurumları, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Respublika Əmək Müfəttişliyi araşdırma apararaq Yaşıllaşdırma Təsərrüfatı Birliyindəki “kadr siyasətini” nəzarətə götürəcək.

Mövzunu diqqətsə saxlayacağıq.