Eldar Sultanov-Fotolarda

 

Bu gün Eldar Sultanovun 54 yaşı tamam olur

Bu gün Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri, mətbuatın dostu Eldar Sultanovun doğum günüdür.

1963-cü il martın 16-da Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olan E.Sultanov 1969-1979-cu illərdə orta təhsil alıb. E.Sultanov Azərbaycan Aqrar Universitetinin iqtisadiyyat və Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirib. 1983-cü ildən dövlət qulluğunda çalışan E.Sultanov 2001-2006-cı illərdə Azərbaycan Milli Məclis sədrinin köməkçisi vəzifəsində çalışıb. 2007-ci ildən Baş Prokurorluğun Təşkilat Analitik İdarəsinin prokuroru vəzifəsində xidmətə başlayıb, 2008-ci ildən Baş Prokurorluğun mətbuat xidmətinə rəhbərlik edir. Həmin vaxtdan bu günə qədər E.Sultanov media ilə sıx əməkdaşlıq edir, KİV-lə qarşılıqlı münasibətlərin daha da yaxşılaşmasına və yüksək əməkdaşlığa nail ola bilib.

XALQ.AZ İnformasiya Agentliyi kollektivi adından Eldar Sultanovu təbrik edir, ona can sağlığı, mənalı ömür və gələcək işlərində uğurlar arzulayırıq.

Картинки по запросу eldar sultanov

Картинки по запросу eldar sultanov

 

Картинки по запросу eldar sultanov

Картинки по запросу eldar sultanov