Elgiz canlı yayımda vəsiyyət etdi

Elgiz

Məşhur aparıcı Elgiz Əkbər ötən gün canlı yayımda maraqlı açıqlama verərək hər kəsi təccübləndirməyi bacarıb.

ANS PRESS-in məlumatına görə, son zamanlar cəmiyyət arasında müzakirə olunan məsələlərdən biri də vəfat etmiş insanların yaxınlarının onlar üçün təmtərağlı, bahalı yas mərasimi keçirmələridir. Bunlar hamısı nəyə lazımdır görəsən? ANS telekanalında yayımlanan “Adam içində” verilişinin aparıcısı Elgiz də, belə hadisələrdən xoşlanmadığını bildirərək efir zamanı vəsiyyət edib.

O vəsiyyət edib ki, vəfat etdikdən sonra yaxınları onun üçün təmtəraйlı şəkildə yas mərasimi keçirməsinlər. Aparıcının bu sözləri studiyada qonaq və tamaşaçı qismində iştirak edən hər kəs tərəfindən bəyənilib.

Qeyd edək ki, Elgiz Əkbər bir müddət əvvəl də öldükdən sonra orqanlarının ehtiyacı olan şəxslərə bağışlanmasını istədiyini bildirmişdi.